Türkiyədə baş verən partlayışda 2 hərbçi ölüb - YENİLƏNİB

Türkiyədə baş verən partlayışda 2 hərbçi ölüb - YENİLƏNİB
# 09 iyul 2020 13:43 (UTC +04:00)

Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində baş verən partlayışda 2 əsgər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, 5-i hərbçi olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.

***

saat 13:18

Türkiyənin Sakarya vilayətində daha bir partlayış baş verib, ilkin məlumata görə 6 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, partlayış Sakaryanın Taşkısığı bölgəsində qeydə alınıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub.

Hadisə Sakaryada partlayış baş verən pirotexnika istehsal edən fabrikin anbarından partlamamış maddə daşıyan yük maşınında qeydə alınıb. Hadisə nəticəsində 5 hərbçi və bir mülki şəxsin yaralanması haqda məlumatlar var.

Qeyd edək ki, 3 iyulda Sakaryanın Hendek rayonunda pirotexnika istehsal edən fabrikdə də partlayış baş verib, hadisə nəticəsində 7 nəfər ölüb, 100-dən çox işçi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR