Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçib

Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçib
# 23 aprel 2020 21:42 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 115 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Dəmirörən” Xəbər Agentliyi məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, son 24 saatda 40962 şübhəli koronavirus testindən keçib, onlardan 3116-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 2491 nəfər ölüb, 101790 nəfər bu infeksiyaya yoluxub.

Reanimasiyada 1816 xəstə var. Müalicə olunan 2014 xəstə isə bu gün evə buraxılıb.

Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib ki, xəstəliyə yoluxma sayı ilə müqayisədə xəstəlikdən ölənlərin sayı azlıq təşkil edir.

O bunun səbəbini Türkiyəli həkimlərin düzgün və uğurlu müalicə aparması ilə izah edib: “Reanimasiyada olan xəstə sayımız azdır. Xəstəxanalarımız 30 faizində xəstə var. Türkiyə bu pandemiyada bütün imkanlarından istifadəyə ehtiyac duymur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR