Türkiyədə son sutkada koronavirusdan 17 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada koronavirusdan 17 nəfər dünyasını dəyişib
# 24 iyul 2020 20:15 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 42 986 şübhəli koronavirus testindən keçib, onlardan 937-nin cavabı pozitiv çıxıb, bu gün daha 1009 xəstə sağalıb.

Türkiyədə indiyədək 224 252 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5580 nəfər ölüb, 207 374 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4,5 milyona yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR