Türkiyəyə daha 3,5 milyon doza Çin vaksini gətirilib

Türkiyəyə daha 3,5 milyon doza Çin vaksini gətirilib
  • Clock-gray 11:17
  • calendar-gray 29 Yanvar 2021

Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində ikinci partiya vaksinin ikinci hissəsi Çindən Türkiyəyə gətirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, 3,5 milyon doza "CoronaVac" vaksininin olduğu təyyarə İstanbul hava limanına enib.

Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. Türkiyə Çinin “Sinovak” şirkəti ilə bağladığı müqaviləyə əsasən ölkəyə 50 milyon dozada “CoronaVac" vaksinini gətiriləcək ki, bunun 3 milyon dozası 30 dekabr 2020-ci ildə, 6,5 milyon dozası isə yanvarın 24-də Türkiyəyə gətirilib. İlk olaraq səhiyyə işçiləri, daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmiləri və yaşı 65-dən yuxarı olanlar peyvənd ediliblər. İndiyədək Türkiyədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər