Yaponiyada sel və torpaq sürüşməsi nəticəsində 60-a yaxın insan ölüb

Yaponiyada sel və torpaq sürüşməsi nəticəsində 60-a yaxın insan ölüb
# 08 iyul 2020 07:19 (UTC +04:00)

Yaponiyanın cənub-qərbindəki Küsü adasında üç gündür yağan leysan yağışlar nəticəsində 60-dək insan ölüb, 16 nəfər isə itkin düşüb.

APA xəbər verir ki, bu barədə yerli “NHK” telekanalı polisə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Təbii fəlakət nəticəsində rəsmi olaraq 57 nəfərin öldüyü təsdiqlənib, daha iki nəfər isə kliniki ölüm vəziyyətindədir. Ölənlərin, demək olar ki, hamısı güclü yağışlardan sonra meydana gələn torpaq sürüşməsi və daşqınların qurbanı olub.

Hazırda güclü yağışlar Yaponiyanın əsas adası olan Honsünün mərkəzi hissəsinə - Naqano və Qifu prefekturalarına keçib. Orada sel və torpaq sürüşməsi təhlükəsi səbəbindən 54 mindən çox insanın təxliyəsilə bağlı çağırışlar edilib. Küsü adasında su borularının sıradan çıxması səbəbindən 2,3 mindən çox evin içməli su təminatı kəsilib.

Fəlakət bölgəsində yerli sakinlərə kömək məqsədilə təxminən 20 minlik hərbi qulluqçular səfərbər olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR