Yava adasında torpaq sürüşməsi zamanı 11 nəfər ölüb, 18 nəfər xəsarət alıb

Yava adasında torpaq sürüşməsi zamanı 11 nəfər ölüb, 18 nəfər xəsarət alıb
# 10 yanvar 2021 08:03 (UTC +04:00)

Yava adasında baş vermiş torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb, daha 18 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Reuters” İndoneziyanın təbii fəlakətlərin aradan qaldırılması üzrə milli agentliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Birinci sürüşməyə güclü yağış və torpaq qatının davam gətirməməsi səbəb olub. Növbəti sürüşmə xilasedicilər hələ ilk sürüşmə zonasından zərər çəkmişləri təxliyyə edərkən baş verib”, - agentliyin açıqlamasında belə deyilir.

Ölən və xəsarət alanların sayı dəqiqləşdirilir. Güclü yağış axtarış və xilasetmə işlərini çətinləşdirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR