Britaniyanın Honkonqdakı konsulluğunun əməkdaşı Çinin materik hissəsində saxlanılıb

Britaniyanın Honkonqdakı konsulluğunun əməkdaşı Çinin materik hissəsində saxlanılıb
# 20 avqust 2019 11:09 (UTC +04:00)

Britaniyanın Honkonqdakı konsulluğunun əməkdaşı Çinin materik hissəsində saxlanılıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın Çindəki səfirliyi məlumat yayıb.

“Əməkdaşımızın Şençjendən Honkonqa qayıdarkən saxlanılması barədə xəbərlər bizi çox narahat edir. Biz onun ailəsinə dəstək veririk və artıq əlavə məlumat üçün Quanqdon əyalətinin və Honkonqun səlahiyyətlilərinə müraciət etmişik”, - deyə Britaniyanın Çindəki səfirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, konsulluğun əməkdaşı Saymon Çenq avqustun 8-də Şenzen şəhərinə gedib, lakin geri dönməyib.

Xatırladaq ki, Honkonqda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Britaniya, ABŞ və digər ölkələr Çini “bir dövlət iki sistem prinsipi"nə hörmət etməyə çağırır. Rəsmi Pekin Britaniya və digər Qərb ölkələrini Çinin daxili işlərinə qarışmaqda ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR