İranda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb

İranda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb
  • Clock-gray 11:02
  • calendar-gray 11 Noyabr 2019

İranda gələn ilin fevralında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, qərargahın açılış mərasimində ölkənin  daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, seçkilərə mərkəzi nəzarət şurasının və qərargahın üzvləri iştirak ediblər. 2020-ci il fevralın 21-də keçiriləcək 11-ci parlament seçkiləri ilə əlaqədar yaradılan Seçki Qərargahının komitə üzvləri seçki marafonunun gündəliyini müəyyənləşdirəcək və icra edəcəklər.

Qeyd edək ki, İranda parlament seçkilərinə dekabrın 1-dən start veriləcək. 

2020-ci ilin fevral ayının 21-də İranın Ekspertlər Məclisinə də səsvermə keçiriləcək.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date