İran ABŞ-a etiraz notası göndərib

İran ABŞ-a etiraz notası göndərib
# 21 iyun 2019 13:32 (UTC +04:00)

İran ABŞ-ın pilotsuz təyyarəsinin İran səmasında uçuşu ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.

APA-nın Tehran bürosunun məlumatına görə, nota İsveçrənin bu ölkədəki səfirinə təqdim olunub. Notanı İran xarici işlər nazirinin köməkçisi və XİN-in ABŞ üzrə idarə rəhbəri Möhsin Bəharvənd təqdim edib.

M.Bəharvənd bu kimi təhrikedici hərəkətlərə görə ABŞ-a xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR