Ərəb koalisiyası husilərin mövqelərinə zərbələr endirib

Ərəb koalisiyası husilərin mövqelərinə zərbələr endirib
# 08 mart 2020 03:58 (UTC +04:00)

Ərəb koalisiyası Yəməndəki “Ənsar Allah” husi üsyançı hərəkatının mövqelərinə aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı koalisiyanın açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr Qırmızı dənizdəki Bab əl-Mandeb boğazında donanmaların təhlükəsizliyini təhdid altında qoyan, partlayıcı maddələrlə dolu qayıqlar və dronların işə salındığı obyektlərə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR