Ərdoğan yenidən AKP sədri seçilib - YENİLƏNİB

Ərdoğan yenidən AKP sədri seçilib - YENİLƏNİB
# 24 mart 2021 18:23 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.

APA xəbər verir ki, səsvermədə 1428 nəfər qurultay nümayəndəsi iştirak edib.

Ərdağan 1428 səsin hamısını alaraq yenidən AKP sədri olub.

Bundan başqa, partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə qaldırılıb və 75 nəfərlik yeni tərkib təsdiqlənib.

Heyət üzvlərindən 19 nəfəri qadın olub.

***

saat 15:27

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilir.

APA-nın xəbərinə görə, paytaxt Ankaranın İdman Kompleksində keçirilən qurultayda AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Bir sıra önəmli məsələlərə toxunan prezident çıxışı zamanı yeni konstitusiya üzərində işlərlə bağlı da vacib mesajlar verib.

Son iki əsrdə öz daxili problemləri ilə ölkəsini köklü dəyişikliklərdən kənarda saxlayanların yenə də eyni fikirdə olduğunu deyən Ərdoğan bildirib ki, onlar bu dəfə də məqsədlərinə çata bilməyəcəklər: “Çünki bu dəfə fərqli bir Türkiyə var”.

Ərdoğan qeyd edib ki, Türkiyə epidemiya səbəbi ilə tənəzzülə girsə də, gələcəyin ən böyük hava yolu nəqliyyat infrastrukturuna sahib ölkə olaraq dünyada ilk sıralarda yer alacaq.

Türkiyə prezidenti xarici siyasət haqqında çıxışı zamanı Suriya məsələsinə də toxunub:” Suriya Suriyanın idarə etdiyi bir yerə çevrilənə qədər səylərimizi davam etdirəcəyik və Suriya xalqının yanında olacağıq. Bu gün Türkiyənin verdiyi dəstək sayəsində Liviya yenidən gələcəyinə ümidlə baxa, demokratik prosesləri həyata keçirə bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR