Türkiyədə hərbi mərkəzdə ardıcıl 3 partlayış olub, yaralılar var

Türkiyədə hərbi mərkəzdə ardıcıl 3 partlayış olub, yaralılar var
# 14 noyabr 2019 01:13 (UTC +04:00)

Türkiyənin Şanlıurfa vilayətində yerli vaxtla saat 22.50-də ardıcıl üç partlayış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şanlıurfanın mərkəzində yerləşən hərbi hissənin silah-sursat anbarında baş verib.

20-ci Tank Briqada Komandanlığında qeydə alınan partlayışlardan sonra bölgəni tüstü bürüyüb. Şanlıurfa valisi bildirib ki, partlayış nəticəsində 17 nəfər yaralanıb, dağıntılar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR