Nepalda yük maşını dağdan aşıb, azı 20 nəfər ölüb

Nepalda yük maşını dağdan aşıb, azı 20 nəfər ölüb
  • Clock-gray 22:30
  • calendar-gray 06 İyul 2018

Nepalın Mustanq rayonunda ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dağ ərazisində fəhlələri daşıyan yük maşınının sürücüsü idarəetməni itirib və avtomobil 50 metrlik hündürlükdən aşıb.

 

İlkin məlumata əsasən, 14 kişi və 6 qadın hadisə yerində ölüb, 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date