Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 29 iyun 2018 22:26 (UTC +04:00)

Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda ölənlərin sayı 2-yə çatıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bu gün İsrail ordusunun açdığı atəş nəticəsində 13 yaşlı yeniyetmə daxil olmaqla, 2 nəfər ölüb, 415 nəfər yaralanıb”, deyə Ə.əl-Kidra qeyd edib.

***

22:21

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 13 yaşlı fələstinli oğlan həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyindən bildirilib.

Məlumata əsasən, Xan-Yunis şəhərində 13 yaşlı oğlan aldığı güllə yarasından keçinib. Gün ərzində baş verən toqquşmalarda 6-sı uşaq olmaqla 310 fələstinli yaralanıb, onlardan 3-ün vəziyyəti ağırdır.

İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.

Qeyd edək ki, bu ilin martında fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Martın 30-dan etibarən İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR