Çində əhalinin sayı 1961-ci ildən bu yana ilk dəfə azalıb

Çində əhalinin sayı 1961-ci ildən bu yana ilk dəfə azalıb
# 17 yanvar 2023 09:43 (UTC +04:00)

Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma müşahidə edilib.

APA Haberturkə istinadən xəbər verir ki, Çin Milli Statistika Bürosu 2022-ci ildə əhalinin sayının 1 milyard 411 milyon 800 minə qədər azaldığını müəyyən edib.

Bu, ötən illə müqayisədə 850 min azalma deməkdir.

Uzun zamandır əhalinin ən sıx olduğu ölkə olan Çini yaxın vaxtlarda Hindistanın ötməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR