Çində güclü yağışlar 4 nəfərin ölümünə səbəb olub

Çində güclü yağışlar 4 nəfərin ölümünə səbəb olub
# 21 avqust 2019 06:22 (UTC +04:00)

Çinin Sıçuan əyalətində güclü yağışlar zamanı 4 nəfər ölüb.

APA “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar departamenti məlumat yayıb.

Bildirilir ki, Nqava-Tibet-Tsyan müxtar dairəsində ümumilikdə 12,7 min insan çıxılmaz vəziyyətdə qalıb. Son müşahidələrə görə, çoxsaylı daşqın və uçqunlar nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər itkin düşüb.

Bölgədən 30 mindən çox sakin və turist təxliyyə olunub. Daha 13 min turistin köçürülməsi işləri davam etdirilir.

Güclü yağışlar su, elektrik xətlərini və əyalətin iki bölgəsi ilə rabitə əlaqəsini kəsib, bəzi yollar isə bağlanıb. Fəlakət bölgəsinə 200-dən xilasedici göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR