Əfqanıstanda partlayışda ölənlərin sayı 32 nəfərə çatıb - YENİLƏNİB

Əfqanıstanda partlayışda ölənlərin sayı 32 nəfərə çatıb - YENİLƏNİB
# 30 sentyabr 2022 10:30 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilmiş partlayışda ölən və xəsarət alanların sayı artıb.

APA “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ölənlərin sayı 32 nəfərə çatıb.

Yaralıların sayı isə ən azı 40 nəfərdir.

***

09:59

Əfqanıstanın paytaxtı Kabilin qərbində tədris mərkəzində baş verən partlayışda 20 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, Taliban hərəkatının nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışın imtahan vaxtı baş verdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR