Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb
# 18 yanvar 2022 00:46 (UTC +04:00)

Yanvarın 17-də Əfqanıstanın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb.

APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin gücü 5,6 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən təxminən 154 km şimal-şərqdə yerləşib.

Qeyd edək ki, ilkin olaraq ölənlərin sayının 12 nəfər olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR