Hindistanda 1000 nəfərdən çox insan sel və daşqınların qurbanı olub

Hindistanda 1000 nəfərdən çox insan sel və daşqınların qurbanı olub
# 18 avqust 2019 17:09 (UTC +04:00)

İyun ayı ərzində sel və daşqınlar, torpaq sürüşmələri nəticəsində Hindistanda 1038 nəfər həyatını itirib.

APA-nın "Alman dalğası"na istindən verdiyi məlumata görə, musson yağışlar ölkənin şimal şərqində və qərbində torpaq sürüşmələri və binaların dağılmasına da səbəb olub.

Ölənlərin əksəriyyəti suda boğulub. Maharaştra şatında 245, Keral ştatında 155, Qərbi Benqaliya ştatında 154, Bixar ştatında 130 nəfər ölüb.

Mövsümi xarakter daşıyan musson yağışlar sentyabra qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR