Hüseyn Əmir Abdullahian Quttereşə: Tehran Rusiyaya PUA göndərməyib

Hüseyn Əmir Abdullahian Quttereşə: Tehran Rusiyaya PUA göndərməyib
# 11 noyabr 2022 05:40 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Tərəflər Ukraynadakı vəziyyət və Tehranla nüvə sazişinin bərpasına dair danışıqlar üzrə fikir mübadiləsi aparıblar.

Hüseyn Əmir Abdullahian İranın Atom Enerjisi Təşkilatı ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında texniki dialoqdan danışaraq, tərəflərin əməkdaşlığını məqsədəuyğun adlandırıb.

Bundan əlavə, Abdullahian BMT-nin baş katibinə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair Vyanada aparılan danışıqlar çərçivəsində İran və ABŞ arasında məlumat mübadiləsi haqqında məlumat verib.

İranın xarici işlər naziri bir daha vurğulayıb ki, Tehran Ukraynadakı hərbi əməliyyatlar zamanı istifadə üçün Rusiyaya pilotsuz uçuş təyyarələri göndərməyib.

Bundan əlavə, İranın XİN başçısı bir sıra Qərb ölkələrinin ölkəsindəki etirazlarla bağlı mövqelərini və hərəkətlərini tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR