İrakli Qaribaşvili Türkmənistan Prezidenti ilə görüşüb

ürkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Gürcüstan Baş naziri İrakli Qaribaşvili

© APA | ürkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Gürcüstan Baş naziri İrakli Qaribaşvili

# 20 iyul 2022 11:55 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

APA xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri "Twitter"də bildirib.

Türkmənistan Prezidenti ilə səmərəli danışıqların keçirildiyini bildirən Gürcüstan hökumət başçısı görüşdə ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanların müzakirə olunduğunu qeyd edib.

“Qarşılıqlı faydalı məqsədlərə nail olmaq, Gürcüstanın strateji coğrafi mövqeyinin potensialını araşdırmaq üçün layihələri dəstəkləmək gündəmimizdə prioritet idi”, - Qaribaşvili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR