İran MN ötən il silah ixracını üç dəfə artırıb

İran istehsalı silahlar

© APA | İran istehsalı silahlar

# 08 fevral 2023 16:59 (UTC +04:00)

İran 2022-ci ilin mart-dekabr aylarında silah ixracını əvvəlki ilin analoji dövrü ilə müqayisədə üç dəfə artırıb.

APA İRNA-ya istinadən xəbər verir ki, bunu İran müdafiə nazirinin müavini general Seyid Mehdi Fərrahi deyib.

Nazir müavininin sözlərinə görə, İranda hərbi sənaye kompleksinin intensiv inkişafı on il bundan əvvəl başlayıb və bunun nəticəsi olaraq yerli hərbi texnikanın təlimlərdə iştirakı nəzərəçarpacaq dərəcədə artıb:

“Təkcə son bir ildə orduda yerli hərbi texnikanın payı 10 faiz artaraq 93 faizə çatıb", o deyib.

İranlı general onu da əlavə edib ki, dünyada İranın rəqiblərinin sayının çox olması səbəbi ilə ölkədə müdafiə sənayesi özəl şəxslərin deyil, hökumətin əlində olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR