İran XİN rəhbəri Türkiyədə regional məsələləri müzakirə edəcək

Hüseyn Əmir-Abdullahian

© APA | Hüseyn Əmir-Abdullahian

# 16 yanvar 2023 17:15 (UTC +04:00)

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, səfər yanvarın 17-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin hərtərəfli inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Hüseyn Əmir-Abdullahianın Türkiyədən Rusiyaya səfər edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR