İranda Cümə məscidini yandırmaq istəyən 5 nəfər həbs edilib

İranda Cümə məscidini yandırmaq istəyən 5 nəfər həbs edilib
# 10 noyabr 2022 22:23 (UTC +04:00)

İranın Əlborz əyalətinin Fərdis şəhərində Cümə məscidinə hücum edən 5 nəfər həbs edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gün yerli vaxtla saat 23:30 radələrində Cümə məscidini yandırmağa cəhd edən 5 nəfər həbs edilib.

Həmin şəxslərdən 2-si qız, 3-ü oğlandır.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR