İranda zəlzələdə yaralananların sayı 1167-yə çatıb

İranda zəlzələdə yaralananların sayı 1167-yə çatıb
# 30 yanvar 2023 17:53 (UTC +04:00)

İranın Qərbi Azərbaycan vilayətində qeydə alınan zəlzələ zamanı yaralananların sayı 1167-yə çatıb.

APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin valisi Məhəmməd Sadıq Mutemediyan deyib.

O, zəlzələ zamanı 70-dən çox kəndin zərər gördüyünü qeyd edib.

Xatırladaq ki, yanvarın 28-i Xoy şəhəri yaxınlığında 5,8 bal gücündə baş verəm zəlzələdə 3 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR