Lavrov: “Qərb Mərkəzi Asiyada öz təsirini gücləndirməyə çalışır”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 13 may 2022 12:03 (UTC +04:00)

Qərb ölkələri MDB, KTMT, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı daxilində müttəfiqlik münasibətlərinə xələl gətirməyə çalışır, bununla da Mərkəzi Asiyada öz təsirlərini gücləndirməyə çalışırlar.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın paytaxtında MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Mərkəzi Asiyadakı vəziyyəti, o cümlədən qərbli həmkarlarımızın - ABŞ, Aİ, NATO üzvlərinin Mərkəzi Asiya regionu ilə bağlı etdiyi cəhdləri nəzərə alaraq müzakirə etdik. Bu, KTMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı daxilində münasibətlərə xələl gətirməklə regionda öz təsirini gücləndirməyə istiqamətlənən cəhdlərdir”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrovun sözlərinə görə, Avropa İttifaqı NATO-nun əlavəsi olmağı planlaşdırır: Avropa İttifaqının fəaliyyəti onu deyir ki, Brüssel NATO-nun əlavəsi funskiyasını icra edəcək Avropa İttifaqı aqressiv oyunçuya çevrilib. Bu fonda Kiyevin Aİ-yə daxil olmaq arzusunun zərərsizliyi şübhə oyadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR