Mirzoyan Fransa XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Mirzoyan Fransa XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
# 11 noyabr 2022 20:43 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfəri çərçivəsində həmkarı Katrin Kolonna ilə görüşüb.

APA-nın xəbərinə görə, Mirzoyan Fransa XİN rəhbərinə Azərbaycanla normallaşma prosesi və sərhədlərin delimitasiyası barədə məlumat verib.

Tərəflər oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilən bəyanatın əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR