Putin Çin lideri ilə görüşəcək

Vladimir Putin, Si Cinpin

© APA | Vladimir Putin, Si Cinpin

# 07 sentyabr 2022 11:51 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə Özbəkistanda görüşəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfiri Andrey Denisov deyib.

Onun sözlərinə görə, görüş növbəti həftə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclası çərçivəsində Səmərqənddə baş tutacaq.

Qeyd edək ki, ŞƏT-in iclası sentyabrın 15-16-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR