Qazaxıstanda baş verən yanğınlar nəticəsində bir nəfər ölüb

Qazaxıstanda baş verən yanğınlar nəticəsində bir nəfər ölüb
# 04 sentyabr 2022 09:06 (UTC +04:00)

Qazaxıstanın şimalındakı Kostanay vilayətində baş verən yanğınlar nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yuri İlin məlumat verib.

“Bu gün səhər saatlarında Amankaraqay kəndində dağıntıları təmizləyərkən bir nəfərin ölüm faktını aşkar edilib, bu, 1936-cı il təvəllüdlü əlildir”, - deyə o, brifinqdə bildirib.

İlinin sözlərinə görə, mərhum evakuasiya barədə əvvəlcədən məlumatlandırılıb, lakin bundan imtina edib.

FHN rəhbəri qeyd edib ki, bununla belə, bir nəfərin ölümü ilə bağlı araşdırmalar aparılacaq.

O, həmçinin bildirib ki, hazırda yanğın sahəsi 43 min hektardan çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR