Rəisi: “Baydenlə görüşməyin İrana heç bir faydası yoxdur”

Rəisi: “Baydenlə görüşməyin İrana heç bir faydası yoxdur”
# 29 avqust 2022 12:58 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı ABŞ lideri Co Baydenlə hər hansı görüşü istisna edib və bunu “faydasız” adlandırıb.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mən əvvəllər də buna “yox” cavabını vemişəm və bir daha təkrar edirəm və bildirirəm ki, bizim aramızda görüşməyin heç bir faydası yoxdur”, Rəisi deyib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR