Rəisi Putinlə Moskvada müzakirə edəcəyi məsələləri açıqlayıb

Rəisi Putinlə Moskvada müzakirə edəcəyi məsələləri açıqlayıb
# 19 yanvar 2022 11:14 (UTC +04:00)

İran və Rusiya arasında əlaqələr çox önəmlidir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi Rusiyaya səfərdən öncə jurnalistlərə verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, bu səfərdə ikitərəfli əlaqələr, siyasi, iqtisadi, enerji və ticarət məsələlər haqqında danışılacaq.

İki ölkə arasında kosmik əlaqələr də müzakirə olunacaq.

İ. Rəisi İran və Rusiya arasında əlaqələrin qənaətbəxş olduğunu deyib. "Bu əməkdaşlıqlar ən yüksək səviyyədə arta bilər. Ümid edirəm ki, səfər iki ölkənin mənafeyinin təmin etməyə təsir edəcək. Bu əlaqələr iki ölkənin regionda və beynəlxalq səviyyədə təsiredici addım atmasına səbəb olacaq."

Xatırladaq ki, İbrahim Rəisinin Rusiyaya səfəri bu gün baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR