Yaponiya sahillərində bərə yanır, 25 rusiyalı təxliyə edilib

Yaponiya sahillərində bərə yanır, 25 rusiyalı təxliyə edilib
# 26 iyun 2022 09:33 (UTC +04:00)

Yaponiya sahillərində rusların olduğu yük bərəsində yanğın baş verib. 25 ekipaj üzvünün hamısı təxliyə edilib, tələfat barədə məlumat yoxdur.

APA xəbər verir ki, bu barədə Rusiyanın Niiqatadakı Baş Konsulluğu öz Facebook səhifəsində bildirib.

Məlumata görə, gəmi Toyama prefekturasının Fuşiki limanından Vladivostoka gedirmiş. “Hokkoku” qəzetinin məlumatına görə, hadisəyə səbəb gəminin daşıdığı avtomobildə baş vermiş yanğın olub.

Qeyd olunur ki, 19 ekipaj üzvü yaxınlıqdakı konteyner gəmisinə təxliyə edilib, daha 6 nəfər isə yanğını söndürmək üçün bərədə qalıb.

6330 ton daşıma qabiliyyətinə malik gəmi Syerra-Leonedə qeydiyyatdadır. Rusiya Baş Konsulluğu həmvətənlərə yardım göstərmək üçün bütün addımları atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR