Yaponiyanın yeni müdafiə naziri təyin edilib - YENİLƏNİB

Yaponiyanın yeni müdafiə naziri təyin edilib - YENİLƏNİB
# 10 avqust 2022 08:54 (UTC +04:00)

Yasukadzu Hamada Yaponiyanın yeni müdafiə naziri olub.

APA xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno dəyişikliklərdən sonra yeni hökumətin tərkibini açıqlayıb.

Qeyd edək ki, 66 yaşlı nazirr bundan əvvəl müdafiə idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2008-2009-cu illərdə bu vəzifədə olub.

Xatırladaq ki, bir neçə saat əvvəl bütün Yaponiya hökuməti istefa verib.

***

Saat 08:09

Yaponiya hökuməti istefa verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizələr təqdim edib.

Yaxın bir neçə saat ərzində Nazirlər Kabinetinin yeni tərkibi açıqlanmalıdır.

İstefa verən nazirlər yeni kabinet formalaşana qədər rəsmi olaraq vəzifələrini icra edəcəklər.

Xarici işlər naziri Yoşimasa Hayaşi və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrində qalacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR