ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı Belçikaya köçürüləcək

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı Belçikaya köçürüləcək
# 29 iyul 2020 18:52 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı Almaniyadan Belçikaya köçürüləcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlər üçün keçirilən xüsusi brifinqdə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Tod Uolters bildirib.

"Bildiyiniz kimi, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının qərargahı hazırda Ştutqartda yerləşir. Biz qərargahı Monsa, Belçikaya köçürməyi planlaşdırırıq", - deyə T. Uolters vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR