Almaniyada koronavirusa yoluxanların sayı 85 mini ötüb

Almaniyada koronavirusa yoluxanların sayı 85 mini ötüb
# 04 aprel 2020 02:08 (UTC +04:00)

Almaniyada koronavirus infeksiyasından ölən xəstələrin sayı 1153, yoluxanların sayı isə 85439 nəfər olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə və sosial işlər nazirliyinin hesabatına əsasən, N-tv kanalı məlumat yayıb.

Ölkədə koronavirus infeksiyasının yayılmasının episentri Bavariyadır. Sonrakı yerlərdə Şimali Reyn-Vestfaliya və Baden-Vurttemberq şəhərləridir. Ümumilikdə bu günədək 23800 nəfər sağalıb.

Qeyd edək ki, Almaniyada gündə, təxminən 150 nəfər ölür, 5500 nəfər isə yeni virusa yoluxur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR