Bank Of Baku

CENTCOM İranın ABŞ-a məxsus sualtı dronu ələ keçirməsi barədə açıqlamasını təkzib edib

CENTCOM İranın ABŞ-a məxsus sualtı dronu ələ keçirməsi barədə açıqlamasını təkzib edib
# 27 sentyabr 2026 22:14 (UTC +04:00)

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirməsi barədə açıqlamasını təkzib edib.

Bu barədə CENTCOM-un nümayəndəsi, kapitan Tim Hokins “Al Jazeera” telekanalına bildirib.

“Biz istismarda olan bütün pilotsuz aparatlarımızı etibarlı şəkildə nəzarətdə saxlayırıq”, – o deyib.

CENTCOM nümayəndəsi İran tərəfinin iddiasını “açıq-aşkar çarəsizliyin təzahürü” adlandırıb.

Bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirdiyi əməliyyat zamanı ABŞ-a məxsus “Remus 600” avtonom sualtı aparatını ələ keçirdiyini iddia edib. İran tərəfinin versiyasına görə, aparat kəşfiyyat fəaliyyəti ilə məşğul olub.

SEPAH bildirib ki, dron “qənimət kimi götürülüb və məlumatların çıxarılması üçün mütəxəssislərin sərəncamındadır”. Tehran bunun İran hərbçilərinin ələ keçirdiyi ABŞ-a məxsus ikinci belə aparat olduğunu iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR