Avropada Böhranları İdarəetmə Mərkəzinin yaradılması təklif olunub

Avropada Böhranları İdarəetmə Mərkəzinin yaradılması təklif olunub
# 25 mart 2020 20:13 (UTC +04:00)

Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları sürətlə yayılan COVID-19 pandemiyası fonunda Avropada Böhranları İdarəetmə Mərkəzinin yaradılmasını istəyir.

APA-nın "Euroactiv"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

"Hazırda koronavirus pandemiyası və onun nəticələri ilə mübarizə təcilidir, bu böhrandan dərs çıxararaq cəmiyyətlərimizin normal fəaliyyətini və davamlı inkişafını yenidən bərpa etmək üçün lazım olan tədbirləri hazırlamağa başlamalıyıq. Bunun üçün isə böhrandan çıxış strategiyası, hərtərəfli bərpa planı və görünməmiş investisiya tələb olunur. Aİ daxilində Avropada Böhranları İdarəetmə Mərkəzi kimi daha iddialı və geniş miqyaslı böhran idarəetmə sisteminin qurulmasının vaxtı çatıb", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, martın 26-da pandemiya ilə mübarizədə ortaq fəaliyyəti müzakirə etmək üçün Aİ liderlərinin videokonfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR