Belarusda yanacaq ilin əvvəlindən doqquzuncu dəfə bahalaşıb

Belarusda yanacaq ilin əvvəlindən doqquzuncu dəfə bahalaşıb
  • Clock-gray 20:00
  • calendar-gray 29 Fevral 2020

Belarusun "Belneftekhim" dövlət konserninin rəsmi internet səhifəsində ölkədəki yanacaqdoldurma məntəqələrində (YDM) avtomobil yanacağının pərakəndə satış qiymətlərinin 1 Belarus qəpiyi (təxminən 0,0045 manat) artacağını elan edib.

"APA-Economics"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dövlət konserni Belarusun neft emalı zavodlarına (NEZ) tədarük olunan neft qiymətlərinin dinamikasını nəzərə alaraq avtomobil yanacağının qiymətində mərhələli dəyişikliklər siyasətinə riayət edir.

2019-cu ildə ölkənin daxili bazarında yanacaq 28 dəfə (daha çox 1 qəpik bahalaşıb), 2018-ci ildə isə 27 dəfə bahalaşıb. Sonuncu dəfə qiymətlər fevralın 23-də dəyişib – 1 qəpik. İndiki qiymət artımı bu ilin əvvəlindən bəri sayca doqquzuncudur.

"2020-ci ilin yanvar-fevral aylarında neftin orta qiyməti bir barel üçün 56-63 dollar diapazonunda olub. Bu dövrdə NEZ tərəfindən alınan neftin dəyəri və qrup tərəfindən Belarus rublunun məzənnəsinin dinamikası nəzərə alınaraq 1 mart 2020-ci il tarixinə Belarusdakı benzin stansiyalarında avtomobil yanacağının maksimal qiyməti bu cür müəyyən edilib: Aİ-92-K5-Avro – 1,73 Belarus rublu (0,77 dollar), AI-95-K5-Avro – 1,83 rubl (0,82 dollar), AI-98-K5-Avro – 2,05 rubl (0,91 dollar), dizel yanacağı – 1,83 (0,82 dollar)", - konsernin məlumatında deyilir.

APA-Economics

Digər xəbərlər