Boris Conson koronavirusdan hələlik sağalmadığını deyib, özünütəcrid davam edəcək

Boris Conson koronavirusdan hələlik sağalmadığını deyib, özünütəcrid davam edəcək
# 03 aprel 2020 17:33 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Consonun koronavirusla əlaqədar özünütəcridi davam edəcək.

APA-nın xəbərinə görə, bu barədə B. Conson "Twitter" hesabında yayımlanan videomüraciətində bildirib.

”Mən özümü daha yaxşı hiss edirəm və artıq 7 gün tamam olur ki, karantindəyəm. Lakin məndə hələ simptomlardan biri davam edir, hərarətim var. Buna görə də hökumətin məsləhətinə uyğun olaraq mən simptomlar tamamilə yoxa çıxanadək özünütəcridi davam etdirməliyəm. Lakin biz bu virusa qalib gəlmək üçün dayanmadan öz proqramımız üzərində işləyirik", - deyə B. Conson vurğulayıb.

Baş Nazir ölkə vətəndaşlarını martın 23-dən etibarən tətbiq olunan karantin rejiminə əməl etməyə və vacib olmadığı halda evdən çıxmamağa çağırıb.

Onun sözlərinə görə, həftə sonlarında günəşli hava şəraiti ilə əlaqədar bir çox britaniyalı, xüsusən uşaqları olan valideynlər küçədə daha çox vaxt keçirməyə və hakimiyyətin tövsiyələrini pozmağa başlaya bilərlər: "Xahiş edirəm mövcud qaydalara əməl edin. Ölkə koronavirusun yayılmasının qarşını almaq üçün çox səy göstərir, böyük fədakarlıqlar edir və bu istiqamətdə əhəmiyyətli uğurlar qazanıb. Gəlin bu yolda davam edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR