David Bakradze partiya sədrliyindən gedir

David Bakradze partiya sədrliyindən gedir
# 12 fevral 2021 18:49 (UTC +04:00)

Gürcüstanın əsas müxalifət partiyalarından olan "Avropalı Gürcüstan" partiyasının sədri David Bakradze vəzifəsindən ayrılır.

APA-nın yerli bürosunun xəbərinə görə, D. Bakradze bu barədə partiyanın iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, partiyanın may ayında keçirilməsi planlaşdırılan növbəti qurultayında sədr kimi iştirak etməməyə qərar verib.

D. Bakradze vəzifəsindən ayrılmasını partiyanın yenilənməyə ehtiyacı olması ilə əlaqələndirib.

Partiyanın baş katibi Qiqi Uqulava da vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, "Avropalı Gürcüstan"ın liderlərindən olan Zurab Çiaberaşvili də bu gün eyni səbəblərlə partiyadan ayrıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR