Dünyada son sutkada 332 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 332 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 16 fevral 2021 01:12 (UTC +04:00)

Dünyada son sutka ərzində 332 360 nəfər koronavirusa yoluxub, 9691 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 108 579 352 yoluxma hadisəsi, 2 396 408 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (173 109) payına düşür. Digər yerləri isə Avropa (92 634) və Şərqi Aralıq dənizi bölgəsi (26 949) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR