Gürcüstan münaqişə tərəflərinə öz ərazisi ilə hərbi yüklərin daşınmasına verilən icazələri müvəqqəti ləğv edib

Gürcüstan münaqişə tərəflərinə öz ərazisi ilə hərbi yüklərin daşınmasına verilən icazələri müvəqqəti  ləğv edib
# 03 oktyabr 2020 12:13 (UTC +04:00)

Emənistan və Azərbaycan arasında baş verən gərginliklə əlaqədar Gürcüstan hökuməti münaqişə tərəflərinə öz ərazisi ilə hava və quru yolu ilə hərbi yüklərin daşınmasına verilən bütün icazələri müvəqqəti ləğv edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib. Bildirilib ki, tərəflər artıq bu barədə məlumatlandırılıblar.

V.Qomelauri qeyd edib ki, Gürcüstan həm öz ərazisində və həm də ölkə xaricində müəyyən destruktiv elementlərə Ermənistan və Azərbaycanla olan dostluq əalqələrinə kölgə salmağa icazə verməyəcək: “Bizim tapşırığımız bu gün bu əlaqələri daha da gücləndirməkdir. Gürcüstan tərəfi gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulayır, ATƏT-in Minsk Qrupu həsmədrlərini və digər beynəlxalq aktorları gərginliyin azalılması və danışıqların dava etdirilməsi üçün lazımi addımları atmağa çağırır. Biz Gürcüstanda hər zaman azərbaycanlılar və ermənilər də daxil olmaqla müxtəlif xalqların sülh şəraitində birgəyaşayışından fəxr etmişik. Hərbi qarşıdurmanın tez bir zamanda dayandırılması və sülhün bərpa edilməsi bizim ümumi marağımızdır”.

Qeyd edib ki, Gürcüstanın ərazisindən transit ölkə kimi digər mülki karqoların daşınması davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR