Gürcüstan parlamentinin deputatları özünütəcrid rejiminə keçəcəklər

Gürcüstan parlamentinin deputatları özünütəcrid rejiminə keçəcəklər
# 09 sentyabr 2020 19:07 (UTC +04:00)

Gürcüstan parlamentinin deputatı Levan Qoqiçaişvilinin koronavirusa yoluxmasının təsdiqlənməsi ilə əlaqədar onunla təmasda olan bütün millət vəkilləri özünütəcrid rejiinə keçəcək və koronavirus analizi verəcəklər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, deputatın virusa yoluxmasının təsdiqlənməsi ilə əlaqədar parlament binasında müvafiq epidemioloji tədbirlər görüləcək.

"Məlum olduğu kimi, millət vəkili Levan Qoqiçaişvilinin koronavirusa yoluxması təsdiqlənib. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin tövsiyəsinə əsasən, 5 sentyabrdan sonra yoluxmuş şəxslə təmasda olan bütün şəxslər özünütəcrid vəziyyətinə gətiriləcək və müayinədən keçiriləcək. Bundan başqa parlament binasında müntəzəm dezinfeksiya işləri davam edəcək. Binaya daxil olan bütün şəxslər termal yoxlanışdan keçiriləcəklər", - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR