Gürcüstanda 400-dən çox həkim karantinə alınacaq

Gürcüstanda 400-dən çox həkim karantinə alınacaq
# 02 sentyabr 2020 18:03 (UTC +04:00)

Gürcüstanın Kobuleti rayonunda yerləşən hotellərdən birində keçirilən konfransda iştirak edən 400-dən çox həkim karantinə alınacaq.

APA-nı yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

O deyib ki, konfransın keçirildiyi hoteldə bir neçə nəfərdə COVID-19 virusuna yoluxma aşkarlandığından konfransda iştirak edən həkimlər karantinə və fərdi təcridə alınacaqlar. Nazir qeyd edib ki, hoteldə epidemioloji araşdırmalara başlanılıb. Konfransda Səhiyyə Nazirinin müavini Tamar Qabunia ilə yanaşı, bir sıra dövlət və hökumət rəsmilərinin də iştirak etdiyi bildirilib.

Nazir qeyd edib ki, virusa yoluxmanın qeydə alınması səbəbi ilə hotel bir müddət bağlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR