Gürcüstanda Novruzda komendant saatının ləğvinə dair müraciət qəbul ediməyib

Gürcüstanda Novruzda komendant saatının ləğvinə dair müraciət qəbul ediməyib
# 18 mart 2021 15:33 (UTC +04:00)

Gürcüstan hökuməti ölkənin azərbaycanlı icmasının Novruz bayramında komendant saatının ləğv edilməsi ilə bağlı müraciətini qəbul etməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Qurumlararası Koordinasiya Şurasının iclasından sonra hökumət administrasiyasının rəhbəri İlia Darçiaşvili məlumat verib.

O bildirib ki, epidemioloji riskin artmasını nəzərə alaraq Novruz bayramı da daxil olmaqla dini, mədəni və digər bənzər bayramlarda komendant saatının müvəqqəti ləğv edilməsi tövsiyə edilmir.

“Bildiyiniz kimi, Qurumlararası Koordinasiya Şurasına sərbəst hərəkətə gətirilən məhdudiyyətin Novruz bayramı zamanı götürülməsi ilə bağlı müraciət edilib. Şuranın qərarına əsasən, xüsusilə də bir çox məhdudiyyətin qaldırıldığı indiki vaxtda mədəni, dini və digər bənzər bayramlardakı izdiham səbəbi ilə virusun yayılması riski artdığından məhdudiyyətin götürülməsi tövsiyə edilmir ”, - deyə İ. Darçiaşvili vurğulayıb.

Qeyd edək ki, martın 12-də Gürcüstanda fəaliyyət göstərən 10 azərbaycanlı QHT rəhbəri və ictimai fəallar hökumətə bayram günü komendant saatının 1 günlük götürülməsi ilə bağlı müraciət ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR