Gürcüstanda koronavirusa yoluxanların sayı 809 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 809 nəfərə çatıb
# 07 iyun 2020 10:36 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) yalnız 1 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 809 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3161 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 674 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR