Gürcüstanda son sutkada 240 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Gürcüstanda son sutkada 240 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb
# 01 fevral 2021 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 240 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 258 351, ölənlərin sayı isə 3 194 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 249 709 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR