Gürcüstanda son sutkada koronavirusa 4734 nəfər yoluxub, 38 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 4734 nəfər yoluxub, 38 nəfər ölüb
# 09 dekabr 2020 10:55 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 734 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 174 383, ölənlərin sayı isə 1 614 nəfərə çatıb.

Virusa yoluxanlardan 145 287 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR