Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir - FOTO

Gürcüstandan daha 97 Azərbaycan vətəndaşı təxliyə edilir - FOTO
# 13 sentyabr 2020 13:33 (UTC +04:00)

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə ediləcək.

APA-nın yerli bürosunun məlumatına görə, təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.

Təxliyə olunacaq şəxslər bu gün Marneulidəki klinikalardan birində koronavirusla bağlı test veriblər. Test cavabı neqativ olan şəxslər sentyabrın 14-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR