Kamal Kılıcdaroğlu yenidən CHP sədrı seçilib

Kamal Kılıcdaroğlu yenidən CHP sədrı seçilib
# 25 iyul 2020 19:53 (UTC +04:00)

Bu gün Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci Fövqəladə Qurultayı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, CHP sədri Kamal Kılıcdaroğlu 1 251 səslə 6-cı dəfə partiyanın sədri seçilib.

Qeyd edək ki, sədrliyə namizədliyi irəli sürülən İlhan Cihaner, Tolga Yarman və Aytuğ Atıcı Sədrliyə namizədlik üçün kifayət qədər imza toplaya bilmədikləri üçün Kamal Kılıçdaroğlu CHP sədrliyinə yeganə namizəd olub.

Sabah da davam edəcək qurultayda partiyanın 60 nəfərlik Məclis üzvü və 15 nəfərlik Yüksək İntizam Qurumuna üzvlər seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR